Rubio: Ukrayna üzrə həll olunmamış məsələlərin sayı azalır
Far.Az xəbər saytı

Rubio: Ukrayna üzrə həll olunmamış məsələlərin sayı azalır


Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə başa çatması üzrə həll olunmamış məsələlərin sayı tədricən azalır, lakin gündəlikdə hələlik ən çətin məsələlər qalır.

"Far.Az" xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio keçirdiyi mətbuat konfransında Vaşinqton, Kiyev və Moskvanın Əbu-Dabidəki üçtərəfli danışıqlarını şərh edərkən bildirib.

"Həll olunmamış məsələlərin sayı əhəmiyyətli dərəcədə azalıb. Bu, yaxşı xəbərdir. Pis xəbər ondan ibarətdir ki, ən çətin məsələlər hələ də qalır", - o vurğulayıb.

Rubio qeyd edib ki, üç ölkənin nümayəndə heyəti Ukraynada vəziyyətin sabitləşməsi üçün konkret həll yollarının və praktiki addımların axtarışına yönəlmiş məsləhətləşmələri davam etdirir.

"Bu barədə deyə biləcəyim yeganə şey odur ki, - biz (Amerika administrasiyası - red.) bu işə çox vaxt və enerji sərf edirik. İrəliləyişin olub-olmayacağını görmək üçün mümkün olan hər şeyi etməyə davam edəcəyik", - deyə xarici siyasət idarəsinin rəhbəri bildirib.

Oxşar xəbərlər

Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər