Tramp: Xamenei artan gərginlik fonunda çox narahat olmalıdır
İranın ali dini rəhbəri Ayətullah Əli Xamenei artan gərginlik fonunda çox narahat olmalıdır.
"Far.Az" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "NBC News" telekanalına verdiyi eksklüziv müsahibədə bildirib.
O, İrandakı nüvə obyektlərinə endirilən zərbələrin nəticələrini şərh edib. Trampın fikrincə, Tehran nüvə proqramını bərpa etməyə çalışır.
"Hazırda İranda tam dağıntıdır... Biz onların nüvə potensialını məhv etdik. Lakin mən Yaxın Şərqdə sülh istəyirəm. Əgər biz onların nüvə obyektlərinə hücum etməsəydik, ərəb ölkələri İrandan qorxmağa davam edərdilər", - Amerika lideri bildirib.
Vaşinqton administrasiyasının rəhbəri İranın nüvə fəaliyyətini bərpa edəcəyi təqdirdə onu "çox pis şeylərlə" hədələyib.
Bununla yanaşı, Tramp tərəflərin dialoqu davam etdirdiyini iddia edib: "Onlar (İran - red.) bizimlə danışıqlar aparırlar".
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Peruda helikopter qəzası nəticəsində səkkiz hərbçi həlak olub
-
Ukrayna gələn il ÜDM-in rekord - 43 %-ni müdafiə xərclərinə yönəltməyi planlaşdırır
-
Suriyada terrorçular təhlükəsizlik qüvvələrinin patruluna hücum ediblər
-
Lənkəranda avtomobil qəzaya uğrayaraq yanıb, ölən və xəsarət alanlar var
-
Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər
-
SEPAH: Hörmüz boğazında iki gəmi minaya düşüb













