Quterreş BMT-nin süni intellekt üzrə panelinin ilk hesabatı barədə danışıb
Süni intellektin qlobal təsirlərini qiymətləndirmək üçün yaradılan Müstəqil Beynəlxalq Elmi Panel "Gələcək üçün BMT paktı" çərçivəsində yeni texnologiyalar üzrə çoxtərəfli əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyır və süni intellekt sahəsində bilik boşluğunu azaltmağa yönəlmiş ilk qlobal, tam müstəqil elmi qurum olacaq.
"Far.Az"un ABŞ bürosu xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş süni intellektin qlobal təsirlərini qiymətləndirmək üçün Müstəqil Beynəlxalq Elmi Panel barədə jurnalistlərə açıqlamasında deyib.
"Qurumun əsas məqsədi süni intellektin iqtisadiyyat və cəmiyyətlərə real təsirlərini araşdırmaq, etibarlı elmi qiymətləndirmə təqdim etmək və ölkələr arasında ortaq anlayış formalaşdırmaqdır. Panel faktları dezinformasiyadan ayırmağa kömək edən mötəbər istinad mənbəyi rolunu oynayacaq", - Quterreş qeyd edib.
Baş katib bildirib ki, 2 600-dən çox müraciət arasından seçilən üzvlər ağıllı cihazların öyrənilməsi, məlumatların idarə olunması, səhiyyə, kibertəhlükəsizlik və insan hüquqları kimi sahələri təmsil edir və şəxsi keyfiyyətlərində müstəqil fəaliyyət göstərəcəklər.
Həmçinin panel sürətləndirilmiş rejimdə işləyəcək və ilk hesabatın iyulda keçiriləcək "AI İdarəçiliyi üzrə Qlobal Dialoq"da təqdim olunması gözlənilir. Katibliyin işi baş katibin xüsusi elçisi Amandip Gill tərəfindən əlaqələndiriləcək.
Qeyd edək ki, sözügedən panel 2025-ci ilin avqust ayında təsis edilib.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
BMT Baş katibi beynəlxalq elmi panel haqqında: Əsas məqsəd süni intellektin iqtisadiyyata təsirini araşdırmaqdır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Peruda helikopter qəzası nəticəsində səkkiz hərbçi həlak olub
-
Ukrayna gələn il ÜDM-in rekord - 43 %-ni müdafiə xərclərinə yönəltməyi planlaşdırır
-
Suriyada terrorçular təhlükəsizlik qüvvələrinin patruluna hücum ediblər
-
Lənkəranda avtomobil qəzaya uğrayaraq yanıb, ölən və xəsarət alanlar var
-
Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər
-
SEPAH: Hörmüz boğazında iki gəmi minaya düşüb













