CNN: Ağ Ev ABŞ-nin immiqrasiya strategiyasında təcili dəyişikliklər hazırlayır
ABŞ Prezidenti Donald Tramp federal agentlərin əməliyyatlarına etiraz edən iki nümayişçinin ölümü fonunda baş verən nümayişlərdən sonra Minnesotadan 700 hərbçini çıxarıb.
"Far.Az" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Telekanal qeyd edib ki, Tramp hərbçilərin çıxarılması barədə qərarı zorakılığın eskalasiyasının qarşısını almaq və ictimai asayişi təmin etmək üçün qəbul edib. Prezident vəziyyətin nəzarət tələb etdiyini, lakin bunun artıq gərginlik yaradılmadan edilməli olduğunu bildirib.
"Mən başa düşdüm ki, bəlkə də, bizə bir az daha yumşaq yanaşma lazım olacaq, amma yenə də sərt olmaq lazımdır", - deyə CNN Trampın sözlərini sitat gətirib. Eyni zamanda, ABŞ administrasiyası kritik hadisələrin təkrarlanmasının qarşısını almaq üçün immiqrasiya siyasətinə düzəlişlər edilməsi imkanını nəzərdən keçirir.
Tramp həmçinin bildirib ki, Ağ Evdə hüquq-mühafizə orqanları tərəfindən saxlanılan şəxslər, xüsusən də ağır cinayətlərdə şübhəli bilinənlər barədə ətraflı məlumat gözləyirlər.
Etirazlar ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin yanvarın 22-də Meyn ştatında başladığı genişmiqyaslı əməliyyatdan sonra alovlanıb. Əməliyyatın rəsmi məqsədi kriminal keçmişi olan əcnəbilərin axtarışı olub. Reyd zamanı immiqrasiya xidmətinin agenti 37 yaşlı ABŞ vətəndaşı Rene Nikol Qudu güllələyərək öldürüb, daha sonra isə tibb qardaşı Aleks Pretti həlak olub. Bu hadisələr ölkənin ondan çox şəhərində kütləvi etiraz aksiyalarına səbəb olub.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Peruda helikopter qəzası nəticəsində səkkiz hərbçi həlak olub
-
Ukrayna gələn il ÜDM-in rekord - 43 %-ni müdafiə xərclərinə yönəltməyi planlaşdırır
-
Suriyada terrorçular təhlükəsizlik qüvvələrinin patruluna hücum ediblər
-
Lənkəranda avtomobil qəzaya uğrayaraq yanıb, ölən və xəsarət alanlar var
-
Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər
-
SEPAH: Hörmüz boğazında iki gəmi minaya düşüb













