Samir Şərifov beynəlxalq forumda Zəngəzur Dəhlizinin strateji önəmindən bəhs edib
Azərbaycan Respublikasının Baş nazirinin müavini Samir Şərifov Dubayda keçirilən Dünya Hökumətlər Sammiti çərçivəsində təşkil olunmuş "Yeni İpək Yolu" Forumunda çıxış edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Far.Az-ə verilən məlumata görə, Samir Şərifov öz nitqində Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsindəki rolunun qlobal təchizat zənciri, o cümlədən "Bir kəmər, bir yol" təşəbbüsü, Orta Dəhliz üçün həlledici əhəmiyyət daşıdığını vurğulayıb.
Baş nazirin müavini çıxışında ölkənin logistika imkanları barədə son statistik məlumatları açıqlayıb. O qeyd edib ki, 2025-ci ildə Orta Dəhliz vasitəsilə yükdaşımalar 11%, Şimal-Cənub dəhlizi üzrə isə 12% artıb. Samir Şərifov Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi nəticəsində illik ötürücülük qabiliyyətinin 5 milyon tona çatdırıldığını, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının gücünün isə 25 milyon tona qədər artırılmasının hədəfləndiyini diqqətə çatdırıb. Xüsusilə vurğulanıb ki, 2025-ci ildə Bakı Limanında konteyner aşırılması (TEU) əvvəlki illə müqayisədə 40% artaraq 107,000-i keçib.
Samir Şərifov həmçinin Vaşinqtonda əldə olunan üçtərəfli razılaşmaya əsasən "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) kimi tanınan Zəngəzur Dəhlizinin strateji önəmindən bəhs edib. O bildirib ki, bu layihə Avropa ilə Mərkəzi Asiya arasında etibarlı quru əlaqəsi yaratmaqla yanaşı, 2040-cı ilə qədər 865,000 TEU həcmində yük axınını təmin etmək potensialına malikdir.
Yekunda Baş nazirin müavini sərhəd keçidlərinin rəqəmsallaşdırılması və gömrük proseduralarının harmonizasiyası istiqamətində beynəlxalq əməkdaşlığın, xüsusilə Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında kordinasiyanın vacibliyini qeyd edərək, tərəfdaş ölkələri birgə fəaliyyətə çağırıb.
Qalereya
Oxşar xəbərlər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Şəfa" I Liqada çempionluğu və Azərbaycan Premyer Liqasına vəsiqəni rəsmiləşdirib
-
Vüsal Qasımlı: Ötən il TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 1,3 trilyon dollardan çox olub
-
WUF13 Əməliyyat Şirkəti: Nəqliyyat xidmətləri artıq istifadəyə verilib
-
Rafael Fiziyev: "Bakıda döyüşəcəyim üçün şadam"
-
Piqott: Livan və İsrail arasında atəşkəs rejimi 45 gün uzadılıb
-
Jorji Jezuş "Əl-Nəsr"dən ayrılmaq qərarına gəlib













