Zelenski: Növbəti üçtərəfli danışıqlar ABŞ-də baş tuta bilər
Far.Az xəbər saytı

Zelenski: Növbəti üçtərəfli danışıqlar ABŞ-də baş tuta bilər


Yaxın gələcəkdə Kiyev, Moskva və Vaşinqto arasında danışıqlar ABŞ-də davam etdirilə bilər.

"Report"un məlumatına görə, Ukrayna lideri Volodimir Zelenski bu barədə teleqram kanalında yazıb.

"Bu gün BƏƏ-də həm Amerika, həm də Rusiya tərəfləri ilə iki günlük görüşlər və müzakirələrdən sonra danışıqlar qrupumuzdan hesabat aldım. Qrupu tam şəxsi hesabat üçün Kiyevə gələcəyini gözləyirəm, çünki bir çox aspektləri telefonla düzgün müzakirə etmək mümkün deyil. Artıq demək olar, yaxın gələcəkdə, ehtimal ki, ABŞ-də əlavə görüşlər planlaşdırılır", - o qeyd edib.

Zelenskinin sözlərinə görə, Kiyev Rusiya-Ukrayna müharibəsinə effektiv şəkildə son qoya və etibarlı və davamlı sülhün bərqərar olmasına gətirib çıxara biləcək istənilən danışıqlar formatına hazırdır.

"Bu müharibənin Rusiyanın təcavüzünü davam etdirməsi üçün heç bir stimul qoymayacaq şəkildə başa çatması vacibdir", - o, fikirlərini yekunlaşdırıb.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan-Pakistan-Türkiyə parlament sədrlərinin üçtərəfli görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər