Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı: PUA-ların effektivliyi 33 faiz artıb
Ukrayna Silahlı Qüvvələrində pilotsuz uçuş aparatlarının effektivliyi son bir ildə 33 faiz artıb.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı, ordu generalı Oleksandr Sırski Kiyevdə bir qrup jurnalistlə görüşdə bildirib.
"Pilotsuz sistemlərin daha da genişləndirilməsi və təkmilləşdirilməsi davam etdirilir. 2025-ci ilin yayından onların düşmənin məhv edilməsindəki effektivlik payı 4%-dən 33%-ə qədər artıb", - o deyib.
General bildirib ki, hazırda dronlar cəbhədəki bütün atəş effektivliyinin ümumi payının təxminən 60 faizini, artilleriya isə 40 faizini təşkil edir:
"Amma texnoloji faktordan söhbət gedəndə, bəzən unuduruq ki, bütün bu vasitələri insanlar idarə edir. Beləliklə, mənəvi-psixoloji faktor və insanlarımız haqqında qayğı, onların təhlükəsizliyinin maksimum təmin edilməsi bizim üçün əsas istiqamətdir" - Ukrayna SQ Baş komandanı vurğulayıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
General Oleksandr Sırski: Ukraynanın ordu birləşmələri əks-hücum əməliyyatlarına başlayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Peruda helikopter qəzası nəticəsində səkkiz hərbçi həlak olub
-
Ukrayna gələn il ÜDM-in rekord - 43 %-ni müdafiə xərclərinə yönəltməyi planlaşdırır
-
Lənkəranda avtomobil qəzaya uğrayaraq yanıb, ölən və xəsarət alanlar var
-
Suriyada terrorçular təhlükəsizlik qüvvələrinin patruluna hücum ediblər
-
Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər
-
SEPAH: Hörmüz boğazında iki gəmi minaya düşüb













