KİV: Rusiya Əbu-Dabi danışıqlarında Ukrayna ordusunun sayının azaldılmasını tələb etməyib
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya arasında danışıqların ikinci raundunda Moskva Ukrayna ordusunun sayının dəyişdirilməsi və ya azaldılması məsələsini qaldırmayıb.
"Far.Az" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" mənbəyə istinadən məlumat yayıb.
"Əbu-Dabidə keçirilən növbəti danışıqlar müəyyən irəliləyişlə başa çatıb. Danışıqlar zamanı Rusiya Ukrayna ordusunun sayının dəyişdirilməsi, azaldılması və ya müəyyən silah növlərinə qadağa qoyulması məsələsini qaldırmayıb", - mənbə qeyd edib.
Onun sözlərinə görə, əvvəlcə geniş tərkibdə qısa görüş keçirilib, bundan sonra nümayəndə heyətləri yarımqruplar üzrə işləyiblər.
Növbəti görüşün yaxın vaxtlarda eyni tərkibdə keçirilməsi barədə ilkin razılıq əldə olunub.
Qeyd edək ki, fevralın 4-də BƏƏ paytaxtında Ukrayna, Rusiya və ABŞ-nin texniki qruplarının növbəti danışıqlar raundunun ilk günü keçirilib. Danışıqların birinci raundu da 23-24 yanvar tarixlərində Əbu-Dabidə baş tutub, əvvəlcə fevralın 1-nə planlaşdırılan görüş isə 4-5 fevral tarixlərinə keçirilib.
Görüşün yekunlarında tərəflər müzakirələrin xarakterini "konstruktiv" adlandırıblar.
Oxşar xəbərlər
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan və BƏƏ prezidentləri Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Peruda helikopter qəzası nəticəsində səkkiz hərbçi həlak olub
-
Ukrayna gələn il ÜDM-in rekord - 43 %-ni müdafiə xərclərinə yönəltməyi planlaşdırır
-
Lənkəranda avtomobil qəzaya uğrayaraq yanıb, ölən və xəsarət alanlar var
-
Suriyada terrorçular təhlükəsizlik qüvvələrinin patruluna hücum ediblər
-
Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər
-
SEPAH: Hörmüz boğazında iki gəmi minaya düşüb













