İslamabaddakı terror hücumunun təşkilatçıları yaxalanıb
Far.Az xəbər saytı

İslamabaddakı terror hücumunun təşkilatçıları yaxalanıb


Pakistanın təhlükəsizlik qüvvələri İslamabadda məscid yaxınlığında törədilən və 30-dan çox insanın həlak olduğu terror aktının təşkilatçısını saxlayıb.

"Report" xəbər verir ki, bu barədə "The News" məlumat yayıb.

Məlumata görə, təşkilatçı ilə birlikdə onun üç köməkçisi də həbs olunub. Cinayətkarların tutulması əməliyyatı ölkənin şimal-qərbində yerləşən Heybər-Paxtunxva əyalətində keçirilib. Hüquq-mühafizə orqanlarındakı mənbələrin sözlərinə görə, hücumun təşkilatçısı İŞİD terror qruplaşması ilə bağlı olub və Əfqanıstanda hazırlıq keçib.

Əməliyyat zamanı təhlükəsizlik qüvvələrinin bir əməkdaşı həlak olub, daha üç nəfər yaralanıb.

Xatırladaq ki, 6 fevralda törədilən terror aktı nəticəsində azı 31 nəfər ölmüş, 169 nəfər isə yaralanmışdı. Partlayışa görə məsuliyyəti İŞİD öz üzərinə götürmüşdü.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Gəncənin ballistik raket atəşinə tutulması əmrinin Ermənistan rəhbərliyi tərəfindən növbəti dəfə təsdiqlənib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər