Lukaşenko: Sərhədlərimizdə, xüsusilə Polşa tərəfindən hərbi fəallığın artırılması narahatlıq doğurur
Far.Az xəbər saytı

Lukaşenko: Sərhədlərimizdə, xüsusilə Polşa tərəfindən hərbi fəallığın artırılması narahatlıq doğurur


Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin müdafiə qabiliyyətinin daha da gücləndirilməsinin vacibliyini bəyan edib.

"Report" BELTA-ya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko silahlı qüvvələrin təchizatı və ölkənin hərbi-sənaye kompleksinin inkişafı məsələlərinə həsr olunmuş müşavirədə deyib.

Onun sözlərinə görə, müasir reallıqlarda yalnız öz hərbi təhlükəsizliyini təmin edə bilən dövlət suveren dövlət hesab oluna bilər.

Lukaşenko qeyd edib ki, müdafiə qabiliyyətinin gücləndirilməsi qonşu ölkələrin siyasəti ilə şərtlənir.

"İstəsək də, istəməsək də, mən Belarus xalqını bu barədə çoxdan xəbərdar etmişəm, biz müdafiə qabiliyyətimizi gücləndirməli olacağıq. Belarus sərhədlərində, xüsusilə Polşa tərəfindən hərbi fəallığın artırılması narahatlıq doğurur. Biz bunun təsadüf olmadığını başa düşürük. İnsanlar pulu tanklara və döyüş sursatlarına elə-belə xərcləmirlər", - prezident vurğulayıb.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər