Qış Olimpiya Oyunları: Norveçli xizəkçi səkkizinci qızıl medalını qazanaraq rekorda şərik olub
Norveçli xizəkçi Yohannes Hosflot Klebo Qış Olimpiya Oyunlarında növbəti uğuruna imza ataraq adını tarixə yazdırıb.
"Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, idmançı 10 km məsafəyə sərbəst üsulla xizəksürmədə bütün rəqiblərini qabaqlayaraq Olimpiya çempionu olub.
Bu qələbə ilə o, karyerasındakı Olimpiya qızıl medallarının sayını 8-ə çatdırıb. Həmçinin Qış Olimpiya Oyunları tarixində ən çox qızıl medal qazanan idmançıların rekorduna şərik çıxıb.
Hazırda bu rekorda Klebo ilə yanaşı, daha üç norveçli idmançı - Byorn Deli, Marit Byorgen və Ole Eunar Byorndalen sahibdir.
Y.Klebo sözügedən yarışda 20:36.2 saniyə nəticə ilə fransalı Matis Deloj (20:41.1) və həmyerlisi Eynar Hedeqartı (20:50.2) geridə qoyaraq cari Olimpiadada artıq üçüncü qızılını qazanıb.
Qeyd edək ki, norveçli ulduzun bu rekordu təkbaşına yeniləmək üçün qarşıda daha bir neçə imkanı olacaq. O, fevralın 15-də estafet yarışında, 18-də komanda sprintində, 21-də isə 50 km məsafəyə yarışda mübarizə aparacaq.
Oxşar xəbərlər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vüsal Qasımlı: Ötən il TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 1,3 trilyon dollardan çox olub
-
Jorji Jezuş "Əl-Nəsr"dən ayrılmaq qərarına gəlib
-
CNN: Ağ Evdə İranla bağlı konsensusa gələ bilmirlər
-
"Telegraph": Starmer könüllü olaraq istefa verə bilər
-
Sular üzərində qurulan möcüzə
-
Naxçıvanda "Heydər Əliyev Kuboku" uğrunda futzal turnirinin açılış mərasimi keçirilib













