Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərinə zərbələr endirib
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın cənub regionlarına növbəti hücumları nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.
Bu barədə "Far.Az" Ukrayna KİV-nə istinadən xəbər verir.
Xerson vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin bildirib ki, Xerson vilayətinə zərbələr nəticəsində 1 nəfər ölüb və 4 nəfər yaralanıb.
Onun sözlərinə görə, zərbələr yaşayış məntəqələrinə endirilib, dağıntılarla bağlı təfərrüatlar dəqiqləşdirilir.
Həmçinin Zaporojye vilayəti də kütləvi hücuma məruz qalıb. Zaporojye vilayət hərbi administrasiyasının rəhbəri İvan Fedorov bildirib ki, sutka ərzində Rusiya qoşunları vilayətin 41 yaşayış məntəqəsinə 655 zərbə endirib.
"Düşmənin Poloqı və Zaporojye rayonlarına hücumları nəticəsində bir nəfər ölüb, daha üç nəfər yaralanıb", – o öz teleqram kanalında yazıb.
Oxşar xəbərlər
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Rusiyanın Zaporojyeyə endirdiyi zərbələr nəticəsində yaralananların sayı 29 nəfərə çatıb - YENİLƏNİB
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Lufthansa" yanacaq çatışmazlığı səbəbindən on minlərlə uçuşu ləğv edib
-
İran hesab edir ki, ABŞ atəşkəsi uzatmaqla vaxt qazanmağa çalışır
-
"Tasnim": Qalibafın müşavirinin ABŞ ilə danışıqlar barədə fikri onun mövqeyini əks etdirmir - YENİLƏNİB
-
"Qarabağ" Türkiyə klubunda çıxış edən hücumçu ilə maraqlanır
-
Tokio esmineslərinin Manilaya köçürülməsini müzakirə edəcək
-
Qadının üzərinə benzin töküb yandıran sevgilisi: "Ona başqası ilə ailə həyatı qurmaq istədiyimi bildirdim"













