Bakıda unikal muzey: Dünyanın 56 yatağından toplanan minerallar - FOTOREPORTAJ
Far.Az xəbər saytı

Bakıda unikal muzey: Dünyanın 56 yatağından toplanan minerallar - FOTOREPORTAJ


Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) zəngin mineral eksponatların toplandığı Mineralogiya Muzeyində 33 ölkənin 56 yatağından olan 300-dən çox növdə 7000-dək mineral nümunəsi nümayiş etdirilir.

BAKU.WS PhotoStock.az-a istinadən xəbər verir ki, onların əksəriyyəti nadir minerallardır.

Buradakı mineral nümunələrinin xeyli hissəsi Azərbaycanın bölgələrində olan yataqlardan götürülüb.

Beynəlxalq əlaqələrini genişləndirən muzey Ukrayna, Rusiya, Türkiyə, Orta Asiya ölkələrinin elmi qurumları ilə əməkdaşlıq edir.

Həmin ölkələrdən də muzeyə müxtəlif növdə mineral nümunələri gətirilir və tədqiq olunur.

Universitetin alim və tələbələri öz elmi tədqiqatlarında muzeyin xidmətlərindən geniş və səmərəli istifadə etmək imkanlarına malikdirlər.

Muzeydə tədqiqatlar aparan ADNSU Tələbə Elmi Cəmiyyəti üzvlərinin, gənc tədqiqatçıların elmi işləri Rusiyanın nüfuzlu elmi jurnallarında yer alır.

Muzeyin beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi və onun mineral nümunələri ilə zənginləşdirilməsi istiqamətində iş aparılır.

ADNSU-nun Mineralogiya Muzeyindən hazırlanan fotoreportajı təqdim edirik:

Oxşar xəbərlər

180-ə yaxın ölkədən qədim əşyaların toplandığı əntiq mağazadan fotoreportaj
Prezidentin izi ilə - ZƏNGİLANDAN FOTOREPORTAJ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər