Polşa hökuməti vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb
Far.Az xəbər saytı

Polşa hökuməti vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb


Polşa Xarici İşlər Nazirliyi Ukraynada davam edən müharibə və rəsmi Moskvanın Varşavanı "qeyri-dost" dövlət elan etməsi səbəbindən ölkə vətəndaşlarına Rusiyaya səyahət etməkdən çəkinməyi tövsiyə edib.

"Report" xəbər verir ki, bu barədə Polşanın xarici siyasət idarəsinin saytında dərc olunmuş rəsmi açıqlamada bildirilib.

Nazirlik həmçinin hazırda Rusiyada olan Polşa vətəndaşlarına şəxsi, ailə və ya peşə halları ölkədə qalmağı tələb etmədiyi təqdirdə, mövcud kommersiya və şəxsi vasitələrlə ərazini tərk etməyi tövsiyə edib.

Sənəddə Rusiyadakı Polşa vətəndaşlarına konsulluq yardımı göstərmək imkanlarının getdikcə məhdudlaşdığı vurğulanıb. Bu, Rusiya hakimiyyətinin Polşanın Sankt-Peterburq və Kalininqraddakı baş konsulluqlarını bağlamaq qərarı ilə bağlıdır və bu qərar diplomatik və konsulluq personalının sayının azalmasına səbəb olub.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər