Sülh Şurası BMT ilə müəyyən məsələlərdə əməkdaşlıq edəcək
Far.Az xəbər saytı

Sülh Şurası BMT ilə müəyyən məsələlərdə əməkdaşlıq edəcək


Sülh Şurası müəyyən hallarda BMT ilə qarşılıqlı əlaqədə olacaq.

"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Floridadan Vaşinqtona uçuşu zamanı təyyarəsində bildirib.

"Düşünürəm ki, BMT bizə bir az kömək edə bilər. Dünyanın ən böyük liderləri Sülh Şurasına qoşulur və biz konkret hallarda BMT ilə işləyəcəyik", - deyə o bildirib.

Ağ Ev rəhbəri iki təşkilatın hansı məsələlər üzrə əməkdaşlıq etməyi planlaşdırdığını izah etməyib.

BMT Baş katibinin sözçüsü Stefan Dujarrik daha əvvəl bildirib ki, dünya təşkilatının nümayəndələri 19 fevralda Vaşinqtonda keçirilməsi planlaşdırılan Sülh Şurasının iclasında iştirak etmək üçün dəvət almayıblar.

Dujarrik əlavə edib ki, BMT öz fəaliyyətini əsasən Sülh Şurası ilə Yaxın Şərq üzrə xüsusi koordinator müavini Ramiz Ələkbərov vasitəsilə əlaqələndirməyi planlaşdırır.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər