ŞAD XƏBƏR - Bu şəxslərin kartına ümumi 77 milyon 154 min manat KÖÇÜRÜLDÜ
Far.Az xəbər saytı

ŞAD XƏBƏR - Bu şəxslərin kartına ümumi 77 milyon 154 min manat KÖÇÜRÜLDÜ


Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) 2025–2026-cı əkin ili üzrə subsidiya ödənişlərinin ilkin mərhələsinə start verib.

BAKU.WS bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, payızlıq əkinlər üzrə 217 min 617 fermerin kartlarına 77 milyon 154 min manat subsidiya köçürülüb. Ödənişlər təxminən 391 min hektar əkin sahəsini əhatə edir.

Fermerlər kartlarına köçürülmüş vəsaitin 25 %-ni nağd, 75 %-ni isə qeyri-nağd qaydada istifadə edə bilərlər. Qeyri-nağd vəsaitlər mineral gübrə, pestisid, biohumus, herbisid və toxumların alınmasına sərf oluna bilər. Fermerlər subsidiya vəsaitini meyvə bağlarında müasir suvarma sistemlərinin alınması və quraşdırılması məqsədilə də istifadə edə bilərlər.

Hazırda Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan edilmiş payızlıq əkinlər üzrə məlumatların və torpaq sənədlərinin yoxlanılması davam edir. Monitorinqləri başa çatan və tələb olunan sənədləri sistemə daxil edən fermerlərin ödənişləri mərhələli qaydada həyata keçirilir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Azərbaycanda payızlıq əkinlərə görə subsidiya ödənişlərinə başlanılıb
Torpaq almaq istəyənlər üçün YENİ XƏBƏR - Siyahı açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər