Aİ-nin komissarı: Rusiyaya qarşı razılaşdırılmış sanksiyalar daha yaxşı işləyir
Far.Az xəbər saytı

Aİ-nin komissarı: Rusiyaya qarşı razılaşdırılmış sanksiyalar daha yaxşı işləyir


Avropa İttifaqı (Aİ) Ukraynaya qarşı təcavüzə görə Rusiyaya qarşı 20-ci sanksiya paketini G7 ölkələri ilə razılaşdırmağa çalışır, lakin müstəqil hərəkət etməyə də hazırdır.

"Far.Az"un Avropa bürosu xəbər verir ki, bu barədə Aİ-nin iqtisadiyyat üzrə komissarı Valdis Dombrovskis Brüsseldə ECOFIN-in iclasının yekunlarına dair bildirib.

"Ukraynaya dəstək çərçivəsində biz Rusiyanın hərbi iqtisadiyyatına maksimum təzyiq göstərməyə davam edirik", - o deyib.

Onun sözlərinə görə, Avropa Komissiyası energetika, maliyyə xidmətləri və ticarətə yönəlmiş yeni tədbirlərin nəzərdə tutulduğu 20-ci sanksiyalar paketini təqdim edib.

"Biz Aİ ölkələrini bu sanksiya paketini mümkün qədər tez təsdiqləməyə çağırırıq", - o bildirib.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər