Məktəblilərdə ürəklə bağlı problemin əlamətləri - Valideynlərə XƏBƏRDARLIQ
Valideynlər uşaqlarının sağlamlığına diqqət yetirməli, onların yorğunluq, baş gicəllənməsi və nəfəs darlığı kimi şikayətlərini laqeyd yanaşmamalıdır.
Far.Az-in məlumatına görə, uşaqlarda qəfil ürək problemləri nadir olsa da, çox vaxt bunlar əvvəldən mövcud olan, diaqnoz qoyulmamış ürək-damar xəstəlikləri ilə bağlıdır.
Fiziki gərginlik, stress və ya infeksiya tetikleyici faktor kimi çıxış edə bilər, lakin əsas səbəblər gizli patalogiyalarda, məsələn, doğuşdan olan qüsurlar, kardiyomiyopatiyalar, ritm pozuntuları və ya miokardit sonrası dəyişikliklərdə gizlənir.
Uşağın davranışına diqqət yetirmək vacibdir. Yeniyetmələr nadir hallarda şikayətlənir, lakin tez yorula, idman dərslərindən qaça və ya yükü zorla daşıya bilərlər. Təcili diqqət tələb edən siqnallar arasında baş gicəllənməsi, ürək döyüntülərində pozuntu, nəfəs darlığı, eləcə də huşunu itirmə və ya huşsuzluq hallarının olması, xüsusilə idman dərslərində nəzərə çarpır. 10-17 yaş arası sürətli böyümə dövründə bu siqnallara daha çox diqqət yetirilməlidir.
Virus infeksiyalarından sonra uşaqların ən az iki həftə yorulmadan və fiziki yüklənmədən qorunması önəmlidir. Həmçinin ailədə erkən ürək ölümü və ya ciddi ürək xəstəlikləri halları varsa, əlavə ehtiyat tədbirləri görülməlidir.
Uşaqların idman və fiziki fəaliyyətlərə qatılması üçün tibbi müayinə və sağlamlıq qruplarının müəyyənləşdirilməsi vacibdir. Tibbi arayışlar göstərir ki, uşaq müayinə olunub və lazım gəldikdə əlavə müayinələr, məsələn, EKG və ya kardioloq məsləhəti aparılıb.
Fiziki yük yalnız ürək-damar xəstəlikləri zamanı deyil, bronxial astma, ağır allergiyalar, birləşdirici toxuma xəstəlikləri, endokrin pozuntular və kəskin infeksiyalardan sonra da məhdudlaşdırıla bilər.
Mütəxəssislər valideynlərə tövsiyə edir ki, uşaqlarını mütəmadi olaraq müayinədən keçirsinlər. Bu, xəstəliklərin ciddi simptomlar ortaya çıxmadan aşkarlanmasına və potensial faciəvi halların qarşısının alınmasına imkan verir.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Əl-Nəsr" Asiya turnirinin finalında "Qamba"ya məğlub olub
-
Azərbaycanda keçiriləcək WUF13 Özbəkistan mediasının diqqətindədir
-
Bu gün 23,9 min bakalavr magistraturaya II cəhd qəbul imtahanı verəcək
-
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışı üç mükafatla başa vurublar
-
Qalibaf: Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur
-
Dünyada hər dörd nəfərdən biri gecəqonduda yaşayır - BMT-dən şok statistika













