Azərbaycanda ötən il istehlakçı hüquqları üzrə 54 protokol tərtib edilib
2025-ci ildə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi vətəndaş müraciətlərinin araşdırılması zamanı təqdim olunmuş sübutlara əsasən 54 inzibati xəta haqqında protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görüb.
"Far.Az" bu barədə Dövlət Agentliyinə istinadən xəbər verir.
Bildirilib ki, sahibkarlıq subyektlərinə fəaliyyətlərini istehlakçı hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyə uyğunlaşdırmaları barədə 206 göstəriş və tövsiyə məktubu təqdim olunub.
Tərtib olunan protokolların böyük hissəsi malların və ya xidmətlərin ölçüsü, çəkisi, hesablanması, habelə istehlak xüsusiyyəti və keyfiyyəti barədə istehlakçıların az miqdarda aldadılması halları ilə bağlı olub. Bu istiqamətdə 45 fakt qeydə alınıb.
Bundan başqa, satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması ilə bağlı 4 protokol tərtib edilib.
Eyni zamanda, istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi üzrə 3 fakt aşkarlanıb.
Dərman vasitələrinin Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilmiş qiymətdən fərqli qiymətə satılması ilə bağlı 1 protokol, eləcə də müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərinin yerinə yetirilməməsi üzrə 1 protokol tərtib olunub.
"İstehlak bazarına nəzarət çərçivəsində həyata keçirilən tədbirlər bazarda nizam-intizamın möhkəmləndirilməsinə və sahibkarlıq mühitinin sağlamlaşdırılmasına xidmət edir", - deyə məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Səbinə Əliyeva: Mina problemi fundamental insan hüquqlarının kobudcasına pozulmasıdır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vüsal Qasımlı: Ötən il TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 1,3 trilyon dollardan çox olub
-
Jorji Jezuş "Əl-Nəsr"dən ayrılmaq qərarına gəlib
-
CNN: Ağ Evdə İranla bağlı konsensusa gələ bilmirlər
-
"Telegraph": Starmer könüllü olaraq istefa verə bilər
-
Sular üzərində qurulan möcüzə
-
Naxçıvanda "Heydər Əliyev Kuboku" uğrunda futzal turnirinin açılış mərasimi keçirilib













