"UN-Habitat" WUF13-dən sonra Azərbaycanda layihələrini genişləndirməyi planlaşdırır
Far.Az xəbər saytı

"UN-Habitat" WUF13-dən sonra Azərbaycanda layihələrini genişləndirməyi planlaşdırır


"UN-Habitat"(BMT-nin Məskunlaşma Proqramı) 2026-cı il mayın 17-dən 22-dək Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasından (WUF13) sonra Azərbaycanda fəaliyyətini genişləndirmək niyyətindədir.

Bu barədə "Far.Az"un sualını cavablandırarkən "UN-Habitat"ın Asiya-Sakit okean regionu üzrə regional ofisinin direktoru Kazuko İsiqaki regional KİV üçün WUF13-ə həsr olunmuş onlayn brifinqdə bəyan edib.

"Bizim artıq Azərbaycanda ofisimiz var və vurğulamaq istəyirəm ki, bu yaxınlarda biz Mərkəzi Asiya və Şərqi Avropa ölkələri üçün regional ofis açmışıq. Bu, Mərkəzi Asiya və Azərbaycanda iştirakımızı genişləndirmək və möhkəmləndirməklə bağlı sadiqliyimizin güclü siqnalıdır", - o qeyd edib.

K.İsiqaki vurğulayıb ki, Azərbaycan "UN-Habitat" üçün çox vacib tərəfdaşdır:

"Azərbaycan bizim üçün çox vacibdir. Hətta WUF13-dən sonra da biz forumun nəticələrini dəstəkləyəcəyik. Əminəm ki, biz regionda iştirakımızı möhkəmləndirməyə və genişləndirməyə davam edəcəyik. Bu, bizim sadiq olduğumuzu nümayiş etdirir".

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər