Azərbaycanda halal turizmə aid yeni dövlət standartı qəbul olunacaq
Far.Az xəbər saytı

Azərbaycanda halal turizmə aid yeni dövlət standartı qəbul olunacaq


Azərbaycanda macəra və halal turizm xidmətlərinə aid 4 yeni dövlət standartının layihəsi hazırlanıb.

"Far.Az" bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Standartlaşdırma İnstitutuna istinadən xəbər verir.

Bildirilib ki, sənədlər Texniki Komitənin 2026-cı il üzrə fəaliyyət planına uyğun olaraq hazırlanıb və səs çoxluğu ilə təsdiqlənib.

Yeni standart layihələri halal turizm xidmətlərinin təşkili, xidmət keyfiyyəti və müvafiq tələblərin müəyyənləşdirilməsi istiqamətində normativ bazanın gücləndirilməsinə xidmət edir.

İclasda həmçinin Komitənin qarşıdakı dövr üzrə fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Elnur Bağırov: "Azərbaycanda keyfiyyət infrastrukturu sistemli inkişaf mərhələsinə keçib" - MÜSAHİBƏ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər