Beyləqanda yanğın küləyin təsiri ilə genişlənərək meşə massivinə keçib
Far.Az xəbər saytı

Beyləqanda yanğın küləyin təsiri ilə genişlənərək meşə massivinə keçib


Beyləqan rayonunda başlayan yanğın geniş əraziyə yayılıb.

"Report"un Qarabağ bürosunun xəbərinə görə, yanğın hadisəsi rayonun Tatarlar və Eyvazalılar kəndlərinin ərazisində başlayıb.

Yerli sakinlərin verdiyi xəbərə görə, yanğın küləyin təsiri ilə genişlənərək meşə massivinə keçib.

Yanğının söndürülməsinə Beyləqan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.

Oxşar xəbərlər

Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
Prezident İlham Əliyev Xocalının Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşüb
İlham Əliyev Ağdərədə Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
IDEA Bərdə və Beyləqanda kütləvi ağacəkmə aksiyaları təşkil edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər