"Bakı Metropoliteni" qrunt sularını satır? - RƏSMİ AÇIQLAMA
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) metro tunellərindən çıxarılan qrunt sularının səmərəli istifadəsi ilə bağlı layihəyə start verib. Layihəyə əsasən, tunellərdən xaric olunan qrunt suları xüsusi laboratoriyadan keçirilməklə şəhərdə yaşıllıqların suvarılması məqsədilə istifadə edilir.
Far.Az Oxu.az-a istinadən xəbər verir ki, həmin qrunt suları Bakı Şəhər İcra Hakimiyyətinin aidiyyəti qurumlarına müqavilə əsasında verilir. İddia edilir ki, müqaviləyə görə, Bakı Şəhər İcra Hakimiyyəti həmin suları ödəniş əsasında alır və yaşıllıqların suvarılmasında istifadə edir.
Məsələ ilə "Bakı Metropoliteni" QSC-dən Oxu.Az-a verilən məlumatda bildirilir ki, həqiqətən də qrunt suları şəhərin yaşıllıq ərazilərinin suvarılmasında istifadə edilir: "Bildiririk ki, "Bakı Metropoliteni" QSC balansında olan müəyyən tunellərdə yaranan qrunt sularını 2018-ci ildən etibarən Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfat Birliyinə ağacların suvarılması və küçələrin yuyulması məqsədi ilə ödənişsiz əsaslarla təmin etməkdədir".
Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyi də faktı təsdiqləyib: "Prezident İlham Əliyev 2020-ci ildə videokonfrans müşavirəsində ölkədə su ehtiyatlarının yaradılmasını, sudan səmərəli istifadə olunmasını məsələsinin aktuallığını nəzərə alaraq, əlavə şirin su mənbələrinin aşkar edilməsi və səmərəli istifadəsi ilə bağlı xüsusi tapşırıq verib, bundan sonra təsdiqlənmiş tədbirlər planına uyğun olaraq sözügedən layihənin icrasına başlanılıb".
Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, artıq bir neçə ildir qrunt sularının daha gur olduğu və suyun debitinin müvafiq tələblərə cavab verdiyi "Nizami" metro stansiyasında qrunt sularının tərkibinin xüsusi ixtisaslaşmış laboratoriya şəraitində öyrənilib müsbət rəyin alınmasından sonra layihənin icrasına start verilib. Sozügedən yeraltı sulardan şəhər ərazisindəki yaşıllıqların suvarılmasında istifadə olunur".
Amma qurumdan həmin suyun ödənişli və ya ödənişsiz əsaslarla alındığı qeyd edilməyib.
Oxşar xəbərlər
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Torpaq almaq istəyənlər üçün YENİ XƏBƏR - Siyahı açıqlandı
Bakı Uşaq və Gənclər Teatrı yeni layihəyə start verib.
Ucuz qiymətə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - 1300 AZN-dən başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
-
AzTV məşhur emalatxanası ilə bağlı qərar verdi
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.05.2026)
-
ADY-də üztanıma ilə ödəniş sisteminin tətbiqinə başlandı
-
"Şəfa" I Liqada çempionluğu və Azərbaycan Premyer Liqasına vəsiqəni rəsmiləşdirib
-
Rafael Fiziyev: "Bakıda döyüşəcəyim üçün şadam"













