Yeni Suraxanıda tikintiyə görə ağaclar kəsilib? - Polis hərəkətə keçdi
Suraxanı rayonunda ağac kəsilmə faktı üzə prosessual araşdırma aparılır.
DİN Mətbuat Xidmətindən Far.Az-ə bildirib ki, rayonun Yeni Suraxanı qəsəbəsində yerləşən yaşıllıq sahədə ağacların kəsilməsi ilə əlaqədar polis və digər dövlət qurumlarının nümayəndələri ilə birgə baxış keçirilib.
Araşdırmanın nəticəsi ilə bağlı hüquqi tədbir görüləcəkdir.
***08:50
Bakının Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Heydər Əliyev prospekti, 414 ünvanında ağaclar kəsilib, ərazi tikinti üçün hasara alınıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə bu ərazilərdə ağacların kəsildiyi iddia olunur. Baku TV əməkdaşları məsələ ilə bağlı hadisə yerinə yollanıblar.
Müşahidələrə əsasən, ərazidə az sayda da olsa, ağaclar kəsilib.
Eyni zamanda ərazidə əvvəlki dövrlərdə də ağacların kəsilmə izlərinə rast gəlinib. Bu isə onu göstərir ki, ərazi mərhələli şəkildə yaşıllıqdan təmizlənərək hansısa məqsədlər üçün istifadəyə hazırlana bilər.
Mövcud vəziyyətlə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ərazidə heç bir ağac kəsilməsi halı mövcud deyil və hər hansı tikinti işlərinin aparılması nəzərdə tutulmayıb.
Oxşar xəbərlər
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
-
AzTV məşhur emalatxanası ilə bağlı qərar verdi
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.05.2026)
-
ADY-də üztanıma ilə ödəniş sisteminin tətbiqinə başlandı
-
"Şəfa" I Liqada çempionluğu və Azərbaycan Premyer Liqasına vəsiqəni rəsmiləşdirib
-
Rafael Fiziyev: "Bakıda döyüşəcəyim üçün şadam"













