Ramiz Rzayev: Hakimlər cəmiyyətin ədalətə olan inamının əsas təminatçısıdır
Hakimlər cəmiyyətin ədalətə olan inamının əsas təminatçısıdır.
"Report" xəbər verir ki, bunu Hakimlər İttifaqının sədri Ramiz Rzayev Azərbaycan Hakimlərinin II Forumunda deyib.
Onun sözlərinə görə, müasir dövrdə məhkəmə hakimiyyətinin qarşısında duran vəzifələr təkcə hüququ tətbiq etməklə məhdudlaşmır:
"Hakimlər cəmiyyətin ədalətə olan inamının əsas təminatçısıdır. Bu inam isə yalnız peşəkarlıq, obyektivlik və qanunun aliliyi prinsiplərinə sadiqliklə deyil, eyni zamanda, institusional güc, həmrəylik və davamlı inkişafla möhkəmlənir".
R.Rzayev həmçinin bildirib ki, Azərbaycan Hakimlər İttifaqı da məhz bu məqsədlə fəaliyyətini davam etdirir:
"İttifaqımızın əsas vəzifələrindən biri hakimlərin peşə fəaliyyətinə dəstək vermək, onların hüquqlarının qorunması, peşəkar inkişafının təşviqi və hakimlər arasında sağlam, konstruktiv əməkdaşlıq mühitinin formalaşdırılmasıdır. Son dövrlərdə bu istiqamətdə görülən işlər, həyata keçirilən təşəbbüslər və qurulan beynəlxalq əlaqələr fəaliyyətimizin düzgün və ardıcıl istiqamətdə davam etdiyini göstərir".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
AFFA-da "Futbolda Uşaqların Hüquqlarının Qorunması" mövzusunda seminar təşkil olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
-
AzTV məşhur emalatxanası ilə bağlı qərar verdi
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.05.2026)
-
ADY-də üztanıma ilə ödəniş sisteminin tətbiqinə başlandı
-
"Şəfa" I Liqada çempionluğu və Azərbaycan Premyer Liqasına vəsiqəni rəsmiləşdirib
-
Rafael Fiziyev: "Bakıda döyüşəcəyim üçün şadam"













