Yasamalda dünəndən bəri çalışmayan işıqforların işi bərpa edildi
Far.Az xəbər saytı

Yasamalda dünəndən bəri çalışmayan işıqforların işi bərpa edildi


Yasamal rayonu Məhəmməd Xiyabani küçəsində işıqforların işi bərpa edilib.

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) BAKU.WS-ə bildirilib.

***09:57

Yasamal rayonu Məhəmməd Xiyabani küçəsində işıqforlar işləmir.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, hadisə ötən axşamdan bəridir ki, ərazidə müşahidə olunur. Səhərə qədər işıqforların işləməməsi günün pik saatlarında həm piyadaların, həm də sürücülərin işini xeyli çətinləşdirib.

Məsələ ilə bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan prospektdə svetoforların işləməməsinə səbəb qurğunun özündə yaranan problem yox, əraziyə verilən elektrik enerjisinin kəsilməsi olub.

Məsələ ilə bağlı aidiyyəti quruma məlumat verilib. Problemin qısa müddətdə aradan qaldırılması üçün işlər görülür.

Oxşar xəbərlər

Güclü qar Qəbələnin dağlıq kəndlərinə gediş-gəlişi çətinləşdirib
Yasamalda bina təhlükə altındadır: Sakinlər ölüm qorxusu ilə yaşayırlar
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər