KOBİA tərəfindən Yardımlı rayonunda sahibkarlarla görüş keçirilib
Görüşdə sahibkarlarla Yardımlı rayonunda biznesin inkişaf etdirilməsi üçün imkanlar və bu potensialın reallaşdırılmasına dövlət dəstəyi barədə müzakirələr aparılıb.
BAKU.WS xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Yardımlı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Tədbirdə kənd təsərrüfatı, heyvandarlıq, arıçılıq, taxılçılıq sahələrində fəaliyyət göstərən 80-ə yaxın sahibkar, eləcə də dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov rayonda sahibkarlıq fəaliyyəti, mövcud imkanların reallaşdırılması üçün dövlətin dəstək alətləri barədə məlumat veriblər. Qeyd olunub ki, rayonun ekoloji təmiz mühiti kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, eləcə də turizm və xidmət sahələrinin inkişafı üçün əlavə imkanlar yaradır. Biznes subyektləri yerli məhsulların qablaşdırılması və bazarlara çıxarılması üçün kiçik emal və xidmət təşəbbüslərinə üstünlük verə bilərlər. Müasir texnologiyaların və səmərəli idarəetmə üsullarının tətbiqi məhsuldarlığın artmasında faydalı ola bilər. Sahibkarlar arasında əməkdaşlıq və birgə fəaliyyət xərclərin azalmasına və yeni imkanların yaranmasına şərait yarada bilər. Dövlətin mövcud dəstək mexanizmlərindən fəal istifadə isə sahibkarlıq fəaliyyətinin genişlənməsinə əlavə stimul yaradacaqdır.
Görüşdə sahibkarlarla arıçılıq təsərrüfatının inkişafı, emal müəssisəsinin yaradılması, satış imkanlarının genişləndirilməsi, artezian quyusunun qazılmasına dəstək, torpağın təyinatı, baytarlıq, subsidiyalar, biznesin maliyyələşdirilməsi və s. kimi məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, təklifləri dinlənilib və sualları cavablandırılıb.
KOBİA nümayəndələri həmçinin, Yardımlıda ailəvi istirahət mərkəzində və çörək istehsalı müəssisəsində olub, sahibkarlarla biznesin inkişafına, dövlət dəstəyi alətlərindən istifadəyə dair fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva arıçılıq məhsullarının sərgi-satış yarmarkasını ziyarət ediblər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.05.2026)
-
AzTV məşhur emalatxanası ilə bağlı qərar verdi
-
Səudiyyə Ərəbistanı Yaxın Şərq və İran arasında təcavüzkarlıq paktının imzalanmasını təklif edib
-
ADY-də üztanıma ilə ödəniş sisteminin tətbiqinə başlandı
-
"Şəfa" I Liqada çempionluğu və Azərbaycan Premyer Liqasına vəsiqəni rəsmiləşdirib













