Azərbaycan Gürcüstandan avtomobillərin ehtiyat hissələrinin idxalını 45 % azaldıb
Far.Az xəbər saytı

Azərbaycan Gürcüstandan avtomobillərin ehtiyat hissələrinin idxalını 45 % azaldıb


Bu ilin yanvar ayında Gürcüstan Azərbaycana 132 min ABŞ dolları dəyərində 3 ton avtomobillər üçün ehtiyat hissələri və aksesuar ixrac edib.

"Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünə nisbətən dəyər ifadəsində 26 %, kəmiyyət olaraq 45 % azdır.

Beləliklə Azərbaycan Gürcüstanın sözügedən məhsulları ixrac etdiyi ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.

Yanvarda Gürcüstan xarici ölkələrə 403 min ABŞ dolları dəyərində 48,5 ton avtomobil aksesuarı və ehtiyat hissələri satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 57 % və 2,3 % azdır.

Hesabat dövründə Gürcüstan Ermənistana 142,8 min ABŞ dolları dəyərində 10,6 ton, Suriyaya 81,2 min ABŞ dolları dəyərində 31,7 ton, Türkiyəyə 39,1 min ABŞ dolları dəyərində 2,7 ton, Birləşmiş Ərəb Əmirliklərinə 7,2 min ABŞ dolları dəyərində 0,4 ton tədarük həyata keçirib.

Xatırladaq ki, 2025-ci ildə Gürcüstan 9,45 milyon ABŞ dolları dəyərində 618 ton avtomobil aksesuarı və ehtiyat hissələri ixrac edib ki, bunun da 2,6 milyon ABŞ dolları dəyərində 115 tonu Azərbaycanın payına düşüb.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər