Nyu-York meri qar fırtınasına görə fövqəladə vəziyyət elan edib
Far.Az xəbər saytı

Nyu-York meri qar fırtınasına görə fövqəladə vəziyyət elan edib


Nyu-York meri Zöhran Mamdani şəhərə yaxınlaşan qar fırtınası səbəbindən meqapolisdə fövqəladə vəziyyət elan edib.

"Far.Az"un məlumatına görə, Mamdani bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Qar fırtınası öncəsi yerli səviyyədə fövqəladə vəziyyət rejimi elan edirik", - o qeyd edib.

Meqapolis rəhbəri bildirib ki, bazar günü axşamdan bazar ertəsi günortaya qədər avtomobillərin hərəkəti üçün magistral yollar bağlanacaq, məktəblərdə dərslər ləğv ediləcək, şəhər boyu isə isinmə məntəqələri açılacaq.

Milli Meteorologiya Xidmətinin məlumatına görə, Nyu-Yorka təxminən 45 sm yağıntı düşə bilər, küləyin sürəti isə saniyədə 26 metri keçə bilər.

Oxşar xəbərlər

Reper, müsəlman, sosialist - Nyu-Yorkun yeni meri kimdir?
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər