ABŞ-nin ticarət nümayəndəsi: Ali Məhkəmənin qərarı digər ölkələrlə sazişlərin ləğvinə səbəb olmayıb
ABŞ Ali Məhkəməsinin Amerikanın idxal rüsumları siyasəti ilə bağlı qərarı Vaşinqton administrasiyası ilə digər dövlətlərin hakimiyyət orqanları arasında ticarət sahəsində əvvəllər əldə edilmiş hər hansı razılaşmanın ləğvinə səbəb olmayıb.
"Far.Az"un məlumatına görə, bunu "CBS" telekanalının efirində ABŞ-nin ticarət danışıqları üzrə nümayəndəsi Ceymison Qrir bildirib.
"Kiminisə yanıma gəlib sövdələşmənin ləğv edildiyini dediyini eşitməmişəm", - o, ABŞ rəsmilərinin ticarət məsələləri üzrə digər ölkələrin nümayəndələri ilə təmaslarından danışarkən qeyd edib.
"Onlar vəziyyətin necə inkişaf edəcəyini anlamaq istəyirlər. Mən onlarla bununla bağlı məsləhətləşmələr aparıram", - nümayəndə əlavə edib.
ABŞ Ali Məhkəməsi cümə günü prezident administrasiyasının beynəlxalq fövqəladə hallar zamanı iqtisadi səlahiyyətlər haqqında qanunu bəhanə gətirərək digər ölkələrə qarşı idxal rüsumları tətbiq etməsini səlahiyyətlərin aşılması kimi tanıyıb. Eyni zamanda, Ali Məhkəmə instansiyası ABŞ-nin daha əvvəl rüsum şəklində ödənilmiş vəsaitləri geri qaytarıb-qaytarmamalı olduğuna aydınlıq gətirməyib.
Şənbə günü Vaşinqton administrasiyası Birləşmiş Ştatlara idxal edilən mallar üçün tətbiq olunan qlobal rüsumların 10 %-dən 15 %-ə qaldırıldığını elan edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər
-
Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb
-
Rahim Sterlinqin cəzası məlum oldu













