Xüsusi təyinatlılar təlimdə gecə şəraitində şərti düşmən obyektinə qəfil basqın ediblər
Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) xüsusi təyinatlı bölmələri ilə “Gecə şəraitində düşmən obyektinə qəfil basqın” mövzusunda taktiki-xüsusi təlim keçirilib.
Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, plana əsasən, icra olunacaq fəaliyyətlər xəritə üzərində dəqiqləşdirilib.
Xüsusi təyinatlılar məhdudgörmə şəraitində şərti düşmənin dərinliyinə sızaraq pusqu, basqın və müxtəlif təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər.
Vaxt normativinə uyğun təyin olunan yüksəklik xüsusi təyinatlılar tərəfindən ələ keçirilib, dairəvi mühafizə və müdafiənin təşkili ilə növbəti hakim yüksəkliyin tutulması üçün mobil qruplar fəaliyyətini davam etdirib.
Təlim zamanı təminat-təxliyə qrupları tərəfindən yaralıların təxliyəsi və sursat təminatının çatdırılması da praktiki məşq etdirilib.
Azərbaycan Ordusunun son dövrlərdə apardığı uğurlu döyüş əməliyyatlarında qazanılan təcrübənin tətbiq edildiyi taktiki-xüsusi təlimdə verilən tapşırıqlar yüksək peşəkarlıq və səriştə ilə yerinə yetirilərək qarşıya qoyulmuş məqsədlərə tam nail olunub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
-
Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI













