Banqladeş, Qətər, Pakistan vətəndaşları İrandan Azərbaycana təxliyə olunub - YENİLƏNİB
İrandan 3 nəfər Banqladeş, 3 nəfər Qətər və 1 nəfər Pakistan vətəndaşı həmin ölkədəki vəziyyətlə əlaqədar "Astara" sərhəd-keçid məntəqəsindən Azərbaycana təxliyə olunub.
"Far.Az" xəbər verir ki, Azərbaycan tərəfi həmin şəxslərə keçid üçün zəruri şərait yaradıb.
Qeyd edək ki, daha əvvəl Tacikistan, İtaliya vətəndaşları, Səudiyyə Ərəbistanının diplomatları Azərbaycana təxliyə edilib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb.
İrandan 5 nəfər Tacikistan vətəndaşı "Astara" sərhəd-keçid məntəqəsindən Azərbaycana təxliyə edilib.
"Far.Az" xəbər verir ki, Azərbaycan tərəfi həmin şəxslərə keçid üçün zəruri şərait yaradıb.
Onlar İran İslam Respublikasına müalicəyə getsələr də, mövcud vəziyyətlə əlaqədar olaraq geri qayıtmaq məcburiyyətində qalıblar.
Hazırda Səudiyyə Ərəbistanının 18 nəfərlik diplomatik nümayəndə heyəti "Astara" sərhəd-keçid məntəqəsindən təxliyə olunur.
Qeyd edək ki, daha əvvəl 30 nəfər Azərbaycan vətəndaşı, 1 nəfər İtaliya vətəndaşı ölkəmizə təxliyə olunub.
Oxşar xəbərlər
İrandan 30 Azərbaycan, 1 İtaliya vətəndaşı təxliyə olunub
Son sutkada bir İtaliya, 17 Azərbaycan vətəndaşı İrandan təxliyə edilib
İrandan 30 Azərbaycan, 1 İtaliya vətəndaşı təxliyə olunub - YENİLƏNİB-4
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Son sutkada bir İtaliya, 17 Azərbaycan vətəndaşı İrandan təxliyə edilib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kürdəmirdə toyda 92 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluqdan açıqlama
-
İsrailin "Elbit Systems" şirkəti öz məhsullarının istehsalını Azərbaycanda lokallaşdırmağı təklif edir
-
Ronalduya 6 aylıq diskvalifikasiya təhlükəsi
-
Mikayıl Cabbarov: "Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb"
-
Bu deputatın mandatı ləğv edildi
-
Bərdədə gəncin qətlinin təfərrüatı: Şübhəli hadisədən sonra polisə təslim olub













