İqor Tudor "Tottenhem"də uğursuz debüt edən ikinci baş məşqçi olub
Far.Az xəbər saytı

İqor Tudor "Tottenhem"də uğursuz debüt edən ikinci baş məşqçi olub


İngiltərənin "Tottenhem" klubu Premyer Liqanın XXVIII turunda "Fulhem"ə 1:2 hesabı ilə məğlub olub.

"Report" xəbər verir ki, sözügedən nəticə "mahmızlar"ın yeni baş məşqçisi İqor Tudorun çempionatdakı ilk iki oyununu da uduzması ilə yadda qalıb və xorvatiyalı mütəxəssis bununla klub tarixində bu cür uğursuz start edən ikinci çalışdırıcıya çevrilib.

Komanda doğma meydanda uduzmaqla turnir cədvəlindəki vəziyyətini daha da qəlizləşdirib. Tudorun rəhbərliyi altında komanda hələlik Premyer Liqada qələbə qazana bilməyib.

Qeyd edək ki, buna qədər oxşar hal 2004-cü ildə yaşanmışdı. Həmin vaxt komandaya rəhbərlik edən Martin Yol ilk üç çempionat matçında məğlubiyyətlə üzləşmişdi.

Hazırda "Tottenhem" Premyer Liqanın turnir cədvəlində 16-cı pillədə qərarlaşıb. London təmsilçisi ötən mövsüm isə çempionatı 17-ci sırada tamamlamışdı.

Oxşar xəbərlər

Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Torpaq almaq istəyənlər üçün YENİ XƏBƏR - Siyahı açıqlandı
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər