AMADA 10 illik yubileyi münasibətilə sosial layihəyə başlayıb
Far.Az xəbər saytı

AMADA 10 illik yubileyi münasibətilə sosial layihəyə başlayıb


Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) yaradılmasının 10 illiyi münasibətilə "10ların təbəssümü" adlı yeni sosial layihəyə start verib.

"Far.Az"un agentliyə istinadən məlumatına görə, layihənin məqsədi cəmiyyətin həssas qrupları ilə birbaşa ünsiyyət qurmaq, onlara mənəvi dəstək göstərmək və qurumun sosial məsuliyyət prinsiplərinə sadiqliyini nümayiş etdirməkdir.

Layihə çərçivəsində AMADA əməkdaşları valideyn himayəsindən məhrum uşaqlar, xüsusi ehtiyacı olan şəxslər, şəhid və qazi ailələri, eləcə də aztəminatlı ailələrlə görüşlər keçirəcəklər. Təşəbbüs insanlara dəyər verildiyini hiss etdirmək, sosial həmrəylik mesajını çatdırmaq və mənəvi dəstəyi gücləndirmək məqsədi daşıyır.

Sosial layihə çərçivəsində ilk görüş Binə qəsəbəsində yerləşən "Ümid yeri" uşaq sığınacağında təşkil olunub. AMADA-nın kollektivi uşaqlarla birbaşa ünsiyyət qurub, onların gündəlik həyatı və istəkləri ilə maraqlanıb, hədiyyələr təqdim ediblər. Həmçinin əyləncəli və interaktiv fəaliyyətlər təşkil olunub. Görüş uşaqların sosial fəallığının artırılmasına və onların cəmiyyətə daha aktiv inteqrasiyasına töhfə vermək məqsədi daşıyıb.

"10ların təbəssümü" layihəsi il ərzində davam etdiriləcək, sosial dəstək tədbirləri digər həssas qrupları da əhatə edəcək. Layihə AMADA-nın missiyasına uyğun olaraq sosial rifahın və inklüziv cəmiyyət prinsiplərinin təşviqinə xidmət edir.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakı Uşaq və Gənclər Teatrı yeni  layihəyə start verib.
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 33 illiyi qeyd olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər