Vuçiç: Serbiya apreldə PUA-ların istehsalına başlayacaq
Serbiya aprel ayında xarici tərəfdaşla birgə öz ərazisində pilotsuz uçuş aparatlarının (PUA) istehsalına başlayacaq.
"Far.Az" yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç "Serbiya 2030" milli strategiyasının təqdimatı zamanı bildirib.
"Biz əvvəllər də bununla məşğul olurduq, müxtəlif versiyaları yığırdıq, lakin indi aprelin sonundan etibarən bir xarici tərəfdaşla birgə Serbiya ərazisində dronların tam istehsalı başlayacaq", - o deyib.
Bundan əlavə, Serbiya lideri silahlı qüvvələrin İsrail nümunəsi üzrə texnoloji modernləşmə planları barədə bildirib.
Serbiya Prezidenti, həmçinin payızdan gec olmayaraq respublikada Çinin "Mint" şirkətinin iştirakı ilə ilk humanoid robot istehsalı fabrikinin fəaliyyətə başlayacağını elan edib.
"Bu müəssisənin Loznitsaya cəlb edilməsində şəxsən iştirak etdiyim üçün fəxr edirəm. Biz təlim və robototexnika üçün tam sistemlər kompleksi yaradırıq. Serbiyada müxtəlif tapşırıqlar üçün 1 000 belə robot və çoxsaylı funksiyalara malik 10 000 robot-it istehsal olunacaq. Mən gələcək üçün süni intellektə böyük əhəmiyyət verirəm", - Vuçiç vurğulayıb.
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb
-
Rahim Sterlinqin cəzası məlum oldu
-
Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər













