Fon der Lyayen: Orta Dəhliz Cənubi Qafqazda uzunmüddətli sülhə gedən yoldur
Orta Dəhliz Azərbaycan və Ermənistanı bir-biri ilə və Avropa ilə əlaqələndirərək əvvəllər qeyri-sabit olan Cənubi Qafqaz regionunda ticarət və əməkdaşlığı normaya çevirməyə imkan verəcək.
"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bu gün Brüsseldə keçirilən səfirlərin konfransında bildirib.
Qlobal layihələr və onların Avropa üçün əhəmiyyətindən danışan Avropa Komissiyasının rəhbəri malların Asiyadan Avropaya çatdırılmasını 30 gündən 15 günə qədər qısaltmağa imkan verəcək Orta Dəhlizi misal çəkib.
Fon der Lyayenin sözlərinə görə, bu dəhliz həmçinin Cənubi Qafqazın keçmiş düşmən ölkələrini - Azərbaycan və Ermənistanı bir-biri və Avropa ilə birləşdirəcək.
"İkinci Dünya müharibəsindən sonra kömür və poladın Avropanı birləşdirdiyi kimi, bu yeni dəhliz də qeyri-sabit regionda ticarət və əməkdaşlığı normaya çevirə bilər və təkcə Avropaya deyil, həm də sülhə gedən yolu aça bilər", - o deyib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb
-
Rahim Sterlinqin cəzası məlum oldu
-
Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər













