NATO-nun Finlandiyadakı komandanlıq bölməsi 2027-ci ildə fəaliyyətə başlayacaq
Far.Az xəbər saytı

NATO-nun Finlandiyadakı komandanlıq bölməsi 2027-ci ildə fəaliyyətə başlayacaq


Finlandiyanın müdafiə naziri Antti Hakkyanen ölkənin Riihimyaki şəhərində NATO-nun komandanlıq və idarəetmə bölməsinin (DCM) yaradıldığını elan edib, o, 2027-ci ilin əvvəlində işə başlayacaq.

"Report" xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Nazirin sözlərinə görə, belə bir bölmənin yaradılması NATO-nun Finlandiyanı və Uzaq Şimal regionunu müdafiə etmək imkanlarını gücləndirəcək, həmçinin Riihimyaki qarnizonunun komandanlıq və idarəetmə sistemləri sahəsində ekspertiza mərkəzi kimi statusunu möhkəmləndirəcək.

Modulun yerləşdirilməsi haqqında qərar NATO-nun ehtiyacları və Finlandiyanın milli maraqları nəzərə alınmaqla ölkənin müdafiəsinin təhlili əsasında qəbul edilib.

DCM Finlandiyada və zərurət yarandıqda alyansın digər ölkələrində NATO qüvvələrini və komandanlıqlarını dəstəkləmək üçün rabitə və informasiya sistemləri xidmətləri göstərəcək. Bölmədə 60-a yaxın əməkdaşın olması planlaşdırılır, bütün vəzifələri finlandiyalı mütəxəssislər tutacaq.

Riihimyaki Helsinkidən təxminən 69 kilometr şimalda yerləşir.

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər