Tramp: ABŞ İrana 20 dəfə daha güclü zərbə endirəcək
Far.Az xəbər saytı

Tramp: ABŞ İrana 20 dəfə daha güclü zərbə endirəcək


Əgər İran Hörmüz boğazından neft axınının qarşısını almaq üçün bir şey etsə, ABŞ ona indiyə qədər etdiyi bütün zərbələrdən 20 dəfə daha güclü zərbə endirəcək.

"Far.Az" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Thuth Social" sosial şəbəkəsində yazıb.

"Bundan əlavə, biz həssas hədəfləri məhv edəcəyik və bununla da İranın bir dövlət kimi özünü yenidən qurmasını faktiki olaraq qeyri-mümkün edəcəyik. Ölüm, od və qəzəb onlara göndəriləcək. Amma ümid edirəm və dua edirəm ki, bu baş verməsin!", - deyə Tramp yazıb.

O, bunun ABŞ-nin Çinə və Hörmüz boğazından əhəmiyyətli dərəcədə istifadə edən bütün ölkələrə hədiyyə olacağını söyləyib: "Ümid edirəm ki, bu jest təqdir olunacaq".

Oxşar xəbərlər

İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər