Kim Çen Inın bacısı: ABŞ-Cənubi Koreya birgə hərbi təlimləri regional sabitliyə xələl gətirir
Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Cjon illik "Azadlıq Qalxanı" təlimlərini müharibə üçün təxribatçı və aqressiv məşq adlandırıb.
"Report" xəbər verir ki, bu barədə KXDR-in dövlət xəbər agentliyi "KCNA" məlumat yayıb.
Onun sözlərinə görə, hərbi təlimlər regionda sabitliyi pozur: "Təlimlər müttəfiqlərin Şimali Koreyaya qarşı adi düşmənçilik siyasətini nümayiş etdirdi və regional sabitliyi daha da pozacaq. Cənubi Koreyadakı manevrlərdə 18 mindən çox ABŞ və Cənubi Koreya hərbçisi iştirak edir və gecə-gündüz quruda, dənizdə, havada, kosmosda və kiberməkanda Şimali Koreyanı hədəf alaraq keçirilir".
Cənubi Koreya və ABŞ öz növbəsində 9-19 mart tarixlərində keçiriləcək təlimlərin müdafiə xarakterli olduğunu və Şimali Koreyanın nüvə proqramı ilə bağlı çəkindirmə ssenarilərini əhatə etdiyini vurğulayıblar.
Təlimlər Kim Çen Inın hakim Şimali Koreya partiyasının qurultayında ölkənin nüvə arsenalını daha da genişləndirməyə diqqət yetirmək niyyətini elan etməsindən bir ay sonra keçirilir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb
-
Rahim Sterlinqin cəzası məlum oldu
-
Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər













