IDEA Şəki və Qəbələdə kütləvi ağacəkmə aksiyası təşkil edib
Far.Az xəbər saytı

IDEA Şəki və Qəbələdə kütləvi ağacəkmə aksiyası təşkil edib


Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Yaşıl marafon" kütləvi ağacəkmə kampaniyasının 2026-cı ilin yaz mövsümü çərçivəsində növbəti ağacəkmə aksiyaları Şəki və Qəbələ rayonlarında təşkil edilib.

Bu barədə "Report"a IDEA-dan məlumat verilib.

Bildirilib ki, IDEA İctimai Birliyinin könüllülərinin iştirakı ilə Qəbələnin Xırxatala kəndi və Şəkinin Turan qəsəbəsində ümumilikdə 1500-ə yaxın ağac əkilib. Əkilən ağaclar arasında Eldar şamı, çinar və sidr kimi növlər yer alıb.

Qeyd edək ki, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Ümumrespublika yaşıllaşdırma marafonu"nun ("Yaşıl marafon") əsas məqsədi yaşıllıq sahələrinin artırılması, ağacəkmə ənənəsinin təşviqi, ətraf mühitin mühafizəsinə, ölkəmizin flora biomüxtəlifliyinin zənginləşdirilməsinə və yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir.

"Yaşıl marafon" çərçivəsində ötən ilin payız və 2026-cı ilin yaz əkin mövsümlərini əhatə edən ağacəkmə aksiyaları zamanı ölkə üzrə ümumilikdə iki milyona yaxın ağacın əkilməsi nəzərdə tutulur.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
İDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi
IDEA Bərdə və Beyləqanda kütləvi ağacəkmə aksiyaları təşkil edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər