Baku Steel Company 2025-ci ildə ABŞ və Avropaya ixracını artırıb
Far.Az xəbər saytı

Baku Steel Company 2025-ci ildə ABŞ və Avropaya ixracını artırıb


2025-ci ildə ümumi ixrac həcmi 61 min tonu keçib, ABŞ istiqamətinə ixrac 5 min tondan 14 min tona (+180%), Aİ istiqamətində isə 6,4 min tondan 7 min tona yüksəlib.

Cənubi Qafqazın aparıcı metallurgiya müəssisəsi olan "Baku Steel Company" QSC (BSC) beynəlxalq bazarlarda mövqeyini möhkəmləndirir. Qlobal polad sənayesində artan proteksionist tədbirlərə baxmayaraq, şirkət ABŞ və Avropa İttifaqı (Aİ) bazarlarında uğurla fəaliyyət göstərir.

Ötən il BSC-nin ixrac etdiyi polad məhsullarının ümumi həcmi 61 min tonu keçib. İxrac portfelinə armatur, tikişsiz borular və ferroərintilər daxildir.

ABŞ və Aİ bazarlarına ixrac göstəriciləri:

Göstərici

2024-cü il

2025-ci il

ABŞ istiqaməti - həcmi

5 000 ton

14 000 ton (+180%)

ABŞ istiqaməti - dəyəri

11,6 mln. manat

33 mln. manat (+184%)

Aİ istiqaməti - həcmi

6 400 ton

7 000 ton (+9%)

Aİ istiqaməti - dəyəri

10,4 mln. manat

12,6 mln. manat (+21%)

Ümumi ixrac həcmi

2025-ci ildə 61 min tondan artıq

Baku Steel Company 2025-ci ildə ABŞ və Avropaya ixracını artırıb

Şirkətin ixrac sahəsindəki uğurları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən keçirilən tədbirdə qeyd edilib. BSC ölkənin qeyri-neft ixracının inkişafına verdiyi töhfəyə görə "Özəl sektor üzrə fəal ixracatçı" sertifikatı ilə mükafatlandırılıb.

Baku Steel Company 2025-ci ildə ABŞ və Avropaya ixracını artırıb

"İxrac fəaliyyətinin genişləndirilməsi Baku Steel Company-nin uzunmüddətli strategiyasında mühüm yer tutur. ABŞ və Avropa İttifaqına ixracın artması məhsullarımızın keyfiyyətinin və rəqabət qabiliyyətinin beynəlxalq səviyyədə tanındığını təsdiqləyir", – Baş direktorun müavini Sultan Əskərov qeyd etmişdir.

BSC, həmçinin daha yüksək əlavə dəyərə malik məhsulların istehsalını artırır və ixrac coğrafiyasını tədricən genişləndirir.

ŞİRKƏT HAQQINDA

"Baku Steel Company" QSC – Cənubi Qafqazın ən böyük metallurgiya müəssisəsi olmaqla, tikinti, infrastruktur və sənaye sektorları üçün yüksək keyfiyyətli polad məhsulları istehsal edir.

Ətraflı məlumat üçün: www.bakusteel.com

Oxşar xəbərlər

Polad incəsənətə çevriləndə - Baku Steel Art" 2-ci Beynəlxalq Metal Simpoziumu öz işinə başlayıb
Polad canlananda: "Baku Steel Art 2025" sərgisi Bakıda açıldı
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
ABŞ səfirliyi Baku Steel Company-də: API sertifikatından sonra yeni üfüqlər
Baku Steel Company ətraf mühitin mühafizəsinə töhfəsini gücləndirir: təxminən 3000 ağac əkilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər