AİM-in rəhbəri: "Qarabağ Universiteti ilə elmi-tədqiqat laboratoriyalarının yaradılması planlaşdırılır"
Yaxın vaxtlarda Qarabağ Universitetinin bazasında Azərbaycan İnnovasiya Mərkəzinin dəstəyi ilə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycan İnnovasiya Mərkəzinin (AİM) rəhbəri Elvin Hacıyev jurnalistlərə bildirib.
Onun sözlərinə görə, universitet ilə əməkdaşlığa dair artıq danışıqlara başlanılıb:
"Bu təşəbbüs çərçivəsində yeni laboratoriyaların, o cümlədən elmi-tədqiqat laboratoriyalarının yaradılması, startap proqramlarının işə salınması, təlimlərin keçirilməsi və digər fəaliyyət istiqamətlərinin inkişafı planlaşdırılır".
Qeyd edək ki, Azərbaycan İnnovasiya Mərkəzinin rəsmi açılışı bu gün baş tutub. O, texnoloji sahibkarlar, startapçılar, innovatorlar üçün vahid mərkəz rolunu oynayacaq. Bakıda ikinci, daha böyük İnnovasiya Mərkəzinin yaradılması da nəzərdə tutulub. Eyni zamanda bölgələrdə İnnovasiya Mərkəzlərinin açılması planlaşdırılır.
E. Hacıyev bildirib ki, Sumqayıtda İnnovasiya Mərkəzinin istifadəyə verilməsi oktyabrın sonuna, Gəncədə isə bu ilin sonuna kimi nəzərdə tutulub.
Xatırladaq ki, Qarabağ Universiteti 1 154 tələbə ilə bu ildən fəaliyyətə başlayıb. Hazırda ali məktəbdə 27 ixtisas üzrə tədris həyata keçirilir. Gələn il incəsənət və turizm fakültələri Şuşada fəaliyyət göstərəcək. Xankəndidə yerləşən əsas binada isə tibb fakültəsi açılacaq. Universitetin Aqrar fakültəsi isə Xocalıda olacaq.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Rektor: Türkiyə-Azərbaycan Universitetindəki yeni nəsil təhsil sistemi interaktiv və ağıllı modeldir - MÜSAHİBƏ
Azərbaycan İnnovasiya Mərkəzi açılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bahar Muradova Ağdamda vətəndaşları qəbul edib
-
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər
-
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb
-
Yasamal və Xəzər rayonlarının bir hissəsində işıq olmayacaq
-
Xaçmazda qəhvəyi məxmər bağacıqları yenidən yayılıb, zəruri tədbirlər görülür
-
FHN Qubada texniki təhlükəsizlik mövzusunda seminar-müşavirə keçirib













