İsrail İranın ən böyük neft-kimya komplekslərindən birinə zərbə endirdiyini təsdiqləyib
Far.Az xəbər saytı

İsrail İranın ən böyük neft-kimya komplekslərindən birinə zərbə endirdiyini təsdiqləyib


İsrailin Müdafiə Ordusu İranın raketlər üçün materiallar istehsal edən ən böyük neft-kimya müəssisəsinə zərbə endirildiyini təsdiqləyib.

"Far.Az" xəbər verir ki, bu barədə "The Times of Israel" ordunun mətbuat xidmətinə istinadən məlumat yayıb.

"Əsəluyədəki obyektdə partlayıcı maddələrin və ballistik raketlər üçün yanacağın, eləcə də əlavə silahların hazırlanmasında istifadə olunan materiallar üçün mərkəzi istehsal infrastrukturu yaradılmışdı", - bəyanatda bildirilib.

Ordunun məlumatına görə, bu obyekt İranın raket sənayesi üçün ən vacib komponentlərin istehsalı üzrə mühüm mərkəz kimi xidmət edir.

"İsrail Müdafiə Ordusu İranın iki ən böyük neft-kimya kompleksinə zərbələr endirərək ölkənin neft-kimya ixrac gücünün 85 %-dən çoxunu sıradan çıxarıb", - İsrail hərbçiləri bildirib.

Ötən həftəsonu İsrail İranın cənubundakı daha bir böyük neft-kimya obyektinə zərbə endirib.

Oxşar xəbərlər

Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər