İsraildə İranın zərbələri nəticəsində 7 mindən çox insan yaralanıb
Far.Az xəbər saytı

İsraildə İranın zərbələri nəticəsində 7 mindən çox insan yaralanıb


İsraildə fevralın 28-dən bəri İranın zərbələri nəticəsində 7 142 nəfər yaralanıb.

"Far.Az" xəbər verir ki, bu barədə İsrailin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hazırda yaralananlardan 114-ü xəstəxanalarda müalicə alır, onlardan 14 nəfərin vəziyyəti ağırdır. 26 nəfərin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Oxşar xəbərlər

Azərbaycanın bir diplomatı və üç Çin vətəndaşı İrandan təxliyə olunub - YENİLƏNİB-3
Azərbaycanın bir diplomatı və üç Çin vətəndaşı İrandan təxliyə olunub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər