İsrail Tehrandakı sinaqoqun vurulmasını etiraf edib
İsrail Müdafiə Ordusu Tehrandakı sinaqoqa endirilən zərbəyə aidiyyəti olduğunu etiraf edərək hədəfin yüksəkrütbəli İran komandanı olduğunu bildirib və yaxınlıqda yerləşən yəhudi sinaqoqunun dağılmasına görə təəssüfünü ifadə edib.
"Report" xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri İsrail Müdafiə Ordusunun bəyanatına istinadən məlumat yayıb.
Qeyd olunub ki, İsrail Müdafiə Ordusu İranın fövqəladə hallar üzrə hərbi komandanlığı olan "Xatəm əl-Ənbiya"dan olan yüksəkrütbəli komandana zərbə endirildiyini etiraf edib.
"Zərbə nəticəsində yaxınlıqda yerləşən sinaqoqun da ziyan gördüyü barədə məlumatlar daxil olub. İsrail Müdafiə Ordusu sinaqoqa dəyən əlavə zərərə görə təəssüflənir və vurğulayır ki, zərbə İran silahlı qüvvələrindəki mühüm hərbi hədəfə yönəlib", - bəyanatda bildirilir.
Ordu zərbə zamanı mülki əhaliyə zərər dəymə riskinin minimuma endirilməsi üçün addımlar atdığını da açıqlayıb.
Daha əvvəl İranın bəzi mənbələr Rəfi-Nia sinaqoquna zərbə endirildiyi barədə məlumat verib. İsrailin Diasporla İş üzrə Nazirliyinin daxili hesabatında deyilib ki, ehtimal olunan hadisə yerindən çəkilmiş videomateriallarda xilasedicilərin dağıntı və zibil yığınlarını təmizlədiyi, fotoşəkillərdə isə ətrafa səpələnmiş dini kitablar və zədələnmiş interyer elementləri görünür. Nazirliyin daxili hesabatında qeyd edilir ki, sinaqoqun zədələnməsi ilə bağlı iddia İrana aid olsa da, bir neçə mənbə tərəfindən təsdiqlənib.
Oxşar xəbərlər
Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
Fövqəladə Hallar Nazirliyi Bakı Sağlamlıq Mərkəzində təlim keçirib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
İki ordu arasında qalan Ukraynanın xaraba kəndlərindən - FOTOREPORTAJ
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
-
Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub
-
Estoniya Rusiya ilə sərhəddə dəmir yolu keçid məntəqəsinin istisna etməyib
-
Çempionlar Liqası: "Qalatasaray" minimal, "Real" böyük hesabla qalib gəlib
-
Tramp Mirziyoyevə ABŞ-nin 250 illiyi münasibətilə hədiyyə edilən çardaqlara görə təşəkkür edib
-
NYT: Hakerlər ABŞ-nin kəşfiyyat sistemlərindən birinin parolunu qırıblar













