Tramp: Livan ikihəftəlik atəşkəs razılaşmasına daxil edilməyib - YENİLƏNİB
Far.Az xəbər saytı

Tramp: Livan ikihəftəlik atəşkəs razılaşmasına daxil edilməyib - YENİLƏNİB


ABŞ Prezidenti Donald Tramp aprelin 8-i Livanın ABŞ və İran arasındakı ikihəftəlik atəşkəs razılaşmasına daxil edilmədiyini bildirib.

"Far.Az" xəbər verir ki, bu barədə o, "PBS" telekanalına telefonla müsahibəsi zamanı bildirib.

"Bu, ayrı bir toqquşmadır", - o, İsrailin Livana davam edən zərbələrini şərh edərkən bildirib.

Tramp, həmçinin qeyd edib ki, "Hizbullah" hərəkatı bu razılaşmaya daxil edilməyib.

Ağ Ev hesab edir ki, ABŞ və İran arasında atəşkəs haqqında razılaşmalar Livana aid deyil.

"Far.Az" xəbər verir ki, bu barədə ABŞ-nin "Axios" portalının və İsrail televiziyasının 12-ci kanalının müxbiri Barak Ravid "X" sosial şəbəkəsində məlumat yayıb.

"Ağ Evin mətbuat katibi Kerolayn Livitt mənə bildirdi ki, Livan İranla atəşkəs haqqında razılaşmaların bir hissəsi deyil", - o qeyd edib.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
İsrail-Livan atəşkəsi: kim nə qazanıb? - TƏHLİL
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər