Tramp administrasiyada kütləvi əfvləri istisna etməyib
ABŞ Prezidenti Donald Tramp öz administrasiyasının əməkdaşları ilə şəxsi söhbətlərində səlahiyyətləri başa çatdıqdan sonra onları mümkün cinayət təqibindən qorumaq üçün yüksəkvəzifəli məmurları əvvəlcədən əfv etməyə hazır olduğunu dəfələrlə bildirib.
"Far.Az" xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Wall Street Journal" yazıb.
Nəşrin məlumatına görə, son müşavirələrin birində Tramp zarafatla Oval kabinetdən təxminən 60 metr radiusda olan hər kəsi əfv etməyə hazır olduğunu bildirib. Qəzetin mənbələri iddia edir ki, bu ifadənin hər dəfə xatırlanması ilə qeyd olunan məsafə getdikcə daha da artıb.
WSJ-nin həmsöhbətləri həmçinin iddia edirlər ki, ötən il Oval kabinetin yaxınlığındakı yeməkxanada məsləhətçiləri ilə söhbət zamanı Tramp Ağ Evi tərk etməzdən əvvəl ayrıca mətbuat konfransı keçirmək və genişmiqyaslı əfvlər barədə elan vermək ehtimalından danışıb. Söhbət onun prezidentlik müddətinin 2029-cu ildə başa çatmasından gedirdi.
Qəzetin məlumatına görə, ikinci müddətinin əvvəlindən bəri Tramp artıq 1,6 minə yaxın əfv aktı imzalayıb. Bu isə Amerika prezidentləri arasında rekord göstərici olub. WSJ-nin məlumatına görə, əfv olunanlar arasında dövlət başçısının müttəfiqləri, donorlar, eləcə də 2021-ci il yanvarın 6-da Kapitoli yaxınlığındakı hadisələrlə bağlı işlərin fiqurantları yer alıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
-
İsrail İranı kimyəvi silahlar hazırlamaqda ittiham edib
-
Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub
-
Estoniya Rusiya ilə sərhəddə dəmir yolu keçid məntəqəsinin istisna etməyib
-
Çempionlar Liqası: "Qalatasaray" minimal, "Real" böyük hesabla qalib gəlib
-
Türkiyədə Özcan Dəniz və daha 34 nəfər narkotik istintaqı çərçivəsində saxlanılıb













