"A.B.İ" serialında yenilik olacaq
Far.Az xəbər saytı

"A.B.İ" serialında yenilik olacaq


Türkiyənin "ATV" kanalında yayımlanan "A.B.İ" serialında yenilik olacaq.

Far.Az xəbər verir ki, rejissorluğunu Cem Karcının etdiyi layihəyə yeni aktyor daxil olub.

Məlumata görə, bu tanınmış aktyor Turqut Tunçalpdır.

O baş rollarını Kenan İmirzalıoğlu və Afra Saraçoğlunun paylaşdığı ekran işində o, "İhtiyar" obrazını canlandıracaq.

Yeni obraz tamaşaçı qarşısına serialın 14-cü bölümündə çıxacaq.

"İhtiyar", Doğanın (Kenan İmirzalıoğlu) İzmir şəhərində bütün işlərini etibar etdiyi yaxın dostu kimi təqdim olunacaq və süjet xəttinə fərqli dinamika qatacağı gözlənilir.

Digər tərəfdən, uzun müddətdir maraq doğuran "Şimşek" obrazı ilə bağlı da yeni detallar ortaya çıxıb.

Bildirilib ki, hər hansı dəyişiklik baş verməzsə, bu xarakter mövsümün sonuna doğru serialda yer alacaq.

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Kenan İmirzalıoğlu "A.B.İ" serialına çəkilməkdən imtina etdi - SƏBƏB...
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakı Uşaq və Gənclər Teatrı yeni  layihəyə start verib.
Məşhur aktyor bu serialda çəkiləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər