Mohsen Paknejad: İran neft gəlirlərini sənayenin bərpasına yönəldəcək
İranın neft ixracından daxil olan gəlirləri artıb və vəsaitin bir hissəsinin hərbi əməliyyatlar nəticəsində zərər çəkmiş sənayenin bərpasına yönəldilməsi planlaşdırılır.
"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu İranın neft naziri Mohsen Paknejad deyib.
Onun sözlərinə görə, son həftələrdə İran neftinin satışı əlverişli səviyyədə qalıb.
Paknejad qeyd edib ki, münaqişə zamanı neft sənayesi işçiləri bütün obyektlərin fasiləsiz fəaliyyətini təmin edərək, neft ixracının dayanmasına imkan verməyiblər.
Agentlik qeyd edir ki, ötən ay nazir İran neftinin satış qiymətinin əhəmiyyətli dərəcədə artdığını bəyan etmişdi.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər.
Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən müzakirələr razılaşma əldə olunmadan başa çatıb.
Oxşar xəbərlər
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Merve Özbey səhnədən yıxıldı - Qolu sındı
-
Emin Hüseynov: "Ağdam yenidən Azərbaycanın aqrar mərkəzlərindən birinə çevrilir"
-
Pensiya və təqaüdlərin ödəniləcəyi tarix açıqlandı
-
Bakıda məktəbin qarşısında 18 yaşlı gənc öldürüldü: Saxlanılan var
-
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
-
UEFA Millətlər Liqası: Türkiyə İtaliya, Fransa isə Belçika ilə üz-üzə gələcək













