Bakının bu əraziləri plana düşüb - Söküntü Baş Plana əsasən reallaşdırılacaq
Far.Az xəbər saytı

Bakının bu əraziləri plana düşüb - Söküntü Baş Plana əsasən reallaşdırılacaq


Bakının Xətai rayonu, Zığ şossesi -14 və Ramiz Quliyev küçəsinin kəsişməsində söküntü işləri aparılacaq.

Far.Az Xezerxeber.az-ə istinadən xəbər verir ki, görüləcək işlər Bakının baş planına əsasən həyata keçiriləcək.

Sözügedən ünvanda köhnə fərdi evlər, qəzalı binalar və iaşə obyektləri söküləcək. Söküntü ərazisində Bakının ən məhşur iaşə obyektlərindən biri olan "Nargilə" kafesi də var.

Məlumata görə, söküntü işləri başa çatdıqdan sonra ərazidə yeni yol qovşağı salınacaq və bundan sonra layihəyə uyğun genişmiqyaslı abadlıq işləri görüləcək. Artıq sakinlər də söküntü və görüləcək işlər barədə məlumatlandırılıblar.

Sakinlər bildirirlər ki, planlaşdırılan söküntülərlə bağlı onlara nə rəsmi məlumat verilib, nə də ev və obyektlərinə görə kompensasiya ödənilib-ödənilməyəcəyi, eləcə də yeni mənzillə təmin olunub-olunmayacaqları barədə xəbərləri var.

Elə ərazidə fəaliyyət göstərən iaşə obyektlərinin əməkdaşları da söküntü işləri ilə bağlı onlarla hələ rəsmi danışığa başlanılmadığını dilə gətirdilər.

Xətai Rayon İcra Hakimiyyətindən bildirildi ki, hazırda əraziyə uyğun layihələndirmə işləri aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub - YENİLƏNİB
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
Bakı Uşaq və Gənclər Teatrı yeni  layihəyə start verib.

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər